Üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi

post-img

İyulun 15-də Bakı Ekspo Mərkəzində üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etməsi sevindirici haldır. 

Tədbir Təşkilat Komitəsi üzvlərinin çıxışları ilə davam edib. İqtisadiyyat na­ziri Mikayıl Cabbarov insan kapitalının, kadr potensialının artırılması, bacarıqlı kadrların önə çıxarılması məqsədilə hə­yata keçirilən “Yüksəliş” müsabiqəsinin önəmini vurğulayıb. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, belə bir dövrdə gənclərin ölkəmizin inkişafına dəstək olması üçün “Yüksəliş” müsa­biqəsi əvəzsiz bir imkan yaradır.

Dövlət İmtahan Mərkəzinin Direk­torlar Şurasının sədri Məleykə Abbas­zadə gənclərin inkişafına, təhsil sahə­sinə, mütəxəssis hazırlığına hər zaman dövlətçiliyin və cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşılmasında Heydər Əliyev məktə­binin təkanverici rolunu vurğulayıb.

Müsabiqənin əvvəlki dörd mərhələ­sini uğurla başa vuran 109 nəfər iştirak­çının mübarizə apardığı final mərhələsi iyulun 16-da yekunlaşacaq.

Son xəbərlər