Baş nazirin müavini BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb

post-img

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Ətraflı fikir mübadiləsi zama­nı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və Sammit çərçivəsində dünya li­derlərinin Zirvə görüşündə təq­dim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı mü­zakirə olunub. 

Bundan əlavə, Azərbay­can ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspek­tivləri ilə bağlı məsələlər müza­kirə olundu.

“Xalq qəzeti”

Son xəbərlər