Ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından önəmlidir

post-img

Ali Məhkəmə tərəfindən həyata keçirilən “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş sahibkarlarla keçirilib. 

Ali Məhkəmənin və Məh­kəmə-Hüquq Şurasının sədri İnam Kərimov layihənin məqsə­di barədə tədbir iştirakçılarına məlumat verib. 

Bildirilib ki, dövlət və məh­kəmə hakimiyyəti vahid məh­kəmə təcrübəsinin formalaşdı­rılması, məhkəmə orqanlarının səmərəliliyin gücləndirilməsi, mübahisələrin alternativ həlli ins­titutlarının yaradılması və digər fundamental əhəmiyyət daşıyan məsələlərdə öz üzərinə düşəni həyata keçirir. Lakin sürətlə in­kişaf edən dünyada yeni hüquq münasibətləri meydana çıxır, biz­nes mühitində rəqabətə davam­lılıq getdikcə çətinləşir. Mövcud problemlərin əvvəlkindən daha çevik həlli tələb olunur, həm döv­lətlər, həm də sahibkarlar yeni çağırışlarla üzləşirlər. Bu çağırış­lara cavab vermək üçün ən uğur­lu yol isə birgə əməkdaşlıq və di­aloqdur. Ali Məhkəmənin də hər zaman dialoqa və sahibkarların məhkəmə sahəsində üzləşdiyi problemlərin həlli istiqamətində səy göstərməyə hazır olduğu xü­susi qeyd edilib. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında Ali Məhkəmə tərəfindən sahibkar­larla görüşün keçirilməsini yük­sək qiymətləndirib və aparılan müzakirələrin məhkəmə müba­hisələrində çevik qərarların qə­bul edilməsinə təsir göstərəcəyi­ni bildirib. 

İnsan Hüquqları üzrə mü­vəkkil (ombudsman) Səbinə Əliyeva, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər tədbir iş­tirakçıları çıxışlarında “Femida Dialoq Platforması” çərçivəsində keçirilən görüşün sahibkar-məh­kəmə münasibətlərinin inki­şafına, ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırıl­masına önəmli töhfə verəcəyini vurğulayıblar.

“Xalq qəzeti”

Son xəbərlər