Erməni qadın Azərbaycan sərhədçilərinə təşəkkür etdi

post-img

İyulun 14-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan, tibbi yardıma ehtiyacı olan erməni əsilli vətəndaşlar BQXK-nın vasitəçiliyi və Azərbaycan dövlət qurumlarının nəzarəti altında Laçın sərhəd-keçid məntəqəsindən Gorus istiqamətində keçiblər.

Caliber.az-ın məlumatına görə, azərbaycanlı həkimlərin sərhəd-keçid məntəqəsində olması və BQXK ilə əməkdaşlıq etməsi tibbi evakuasiya prosesinin təmin olunmasına kömək edib.

Yeri gəlmişkən, proses zamanı maraqlı mənzərə də yaşanıb. Yaşlı  erməni qadın pasport yoxlamasına getmək üçün maşından düşəndə Azərbaycan sərhədçisi ona nəzakətlə  “Siz qalın” deyib və onu növbədən kənar buraxılacağını bildirib. 

Qadın maşına qaytarıldıqdan sonra “Sağ olun, uşaqlar, sağ olun” deyə Azərbaycan tərəfinə təşəkkür edib.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov BQXK-nın Azərbaycandakı nümayəndəsi Draqana Koziçi qəbul edərkən BQXK-nın vasitəçiliyi ilə və tələblərə uyğun olaraq erməni sakinlərin tibbi məqsədlərlə Laçın sərhəd-keçid məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyünü bildirmişdi. 


Son xəbərlər