DSX-in rəisi İsrailin müdafiə naziri ilə görüşüb

post-img

Dünən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

DSX-nin rəisi Azərbaycan və İsrail arasında qarşılıqlı fay­dalı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hər­bi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb. 

Müzakirə zamanı qurumlar arasında birgə əməkdaş­lıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vur­ğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaş­lığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər