Yeni rəis kollektivə təqdim olunub

post-img

Azərbaycan Prezidentinin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov iyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən kollektivə təqdim olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bil­dirilib ki, bununla bağlı Penitensiar Xidmətin Baş idarəsinin rəhbər şəxslə­rinin, cəzaçəkmə müəs­sisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin və vətən­daş cəmiyyəti nümayən­dələrinin iştirakı ilə keçi­rilən iclasda ədliyyə naziri çıxış edərək bu il 100 illi­yini qeyd etdiyimiz Ümum­milli lider Heydər Əliyevin təməlini qoyduğu və Azər­baycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə, o cümlədən penitensiar sis­temdə aparılan mütərəqqi islahatlardan, məhkum­ların hüquqlarının qorun­ması üzrə görülən ardıcıl tədbirlərdən, əfv və amnistiya aktlarının geniş tətbiq olunaraq həyata keçirilən hu­manizm siyasətindən bəhs edib. 

F.Məmmədov ədliyyə sahəsində ic­timai iştirakçılığın geniş tətbiqini qeyd edərək uzun illərdir Ədliyyə Nazirliyi ya­nında fəaliyyət göstərən İctimai Şuranın penitensiar müəssisələrə ictimai nəzarə­tin həyata keçirilməsində fəal iştirakını vurğulayıb.

Nazir Xidmətin yeni rəisi M.Seyidovun uzun müddət bu sahədə peşəkar fəaliyyə­tini qeyd edərək qarşıda duran vəzifələri diqqətə çatdırıb, konkret tapşırıqlar verib.

Çıxış edən nazir müavini – Xidmətin rəisi M.Seyidov Azərbaycan Prezidentinin göstərdiyi yüksək etimadı doğrultması, penitensiar sistemin fəaliyyətinin dövlət başçısının tələblərinə uyğun təkmilləşdi­rilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər