Milli Məclisin sədri almaniyalı nazirlə görüşüb

post-img

İyulun 11-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Azərbaycanın Almaniya ilə münasibət­lərinin bugünkü inkişaf səviyyəsindən məm­nunluğunu ifadə edən Milli Məclisin sədri ölkələrimizin həm ikitərəfli formatda, həm də Avropa İttifaqı çərçivəsində uğurlu əmək­daşlığından söz açıb. Avropa İttifaqı ilə əmək­daşlığın ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təh­lükəsizliyinə verdiyi töhfələrdən danışıb. 

O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüş­lərin müstəsna rolunu qeyd edərək, Prezident İlham Əliyevin cari ilin mart ayında Almani­yaya səfərinin nəticələrinin əhəmiyyətini vur­ğulayıb. Münasibətlərimizin möhkəm hüquqi bazaya söykəndiyini və Almaniyanın ölkəmi­zin əsas ticarət tərəfdaşlarından biri olduğuna diqqət çəkib, ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən söz açıb, Almaniyanın aparıcı şirkətlərinin Azərbaycanda uğurla fəa­liyyət göstərdiyini bildirib. 

Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinin ağır nəticələrindən, mina terrorun­dan söz açan S.Qafarova bildirib ki, Azərbay­can işğaldan zərərçəkən tərəf olsa da, region­da uzunmüddətli sülhün əldə olunması üçün sülh təşəbbüsü ilə çıxış edir. Ermənistan tərəfi mövcud reallıqları nəzərə alaraq, Azərbayca­nın bu təşəbbüsünü lazımınca dəyərləndirmə­lidir. 

Dövlət naziri Tobias Lindner Almaniya­nın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, ölkəsi­nin ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrlə yanaşı, parla­ment səviyyəsində də inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. T.Lindner hər iki ölkənin qanunverici orqanları arasın­dakı münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin və görüşlərin, təcrübə, həmçinin in­formasiya mübadiləsinin aparılmasının vacib olduğunu qeyd edib. 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər