Şimali Kiprdə Ulu öndərin şərəfinə “BİLİMFEST” təntənəsi

post-img

Şimali Kipr Türk Respublikası uşaqları üçün Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin Alsancak qəsəbəsi Azadlıq Milli Parkında birgə təşkil etdiyi ilk elm festivalı “BİLİMFEST”in təntənəli açılışı olub. 

“Bilim Türkiyə” ilə əmək­daşlıq şəraitində Azərbaycanın Ümummilli lideri Heydər Əliye­vin anadan olmasının və Tür­kiyə Cümhuriyyətinin qurulma­sının 100 illiyinə həsr olunmuş festival böyük maraqla qarşı­lanıb. Şimali Kiprin avtomobil markası “GÜNSEL”in festiva­la qatılması aksiyaya əlavə təntənə gətirib.

Uşaqların elmə marağını ar­tırmaq, maraq hissini inkişaf et­dirmək və elmi düşünmə baca­rıqlarını dəstəkləmək məqsədi ilə təşkil edilən “BİLİMFEST”in açılışında Şimalı Kipr Türk Cümhuriyyətinin Prezidenti Ər­sin Tatar və Məclisin sədri Zorlu Törə, digər rəsmilər və nüfuzlu şəxslər iştirak ediblər. Sonra “BİLİMFEST” tədbirləri Lapta­da beynəlxalq Heydər Əliyev Mədəniyyət Mərkəzində davam edib, uşaqlar elmi çadırlarla, texnoloji stendlərlə və mobil elmi yeniliklərlə tanış olublar.

Professor İrfan Suat Günsel deyib:

– Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azər­baycan–Kipr Dostluq Cəmiy­yətinin kiprli uşaqların elmə marağının artırılması məqsə­dilə təşkil edildiyi “BİLİMFEST” elm festivalı uşaqlarımızı elmi bilikləri, texnoloji yeniliklə­ri mənimsəməyə ruhlandırır. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin bay­raqlarının yan-yana dalğalandı­ğı bu təntənənin Azərbaycanın əfsanəvi lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunması fes­tivalın önəmini daha da artırır. “GÜNSEL” milli avtomobilinin serial istehsala hazırlığı davam etdirilməsi isə uşaqlarımızda hədsiz iftixar hissi doğurur.

“Xalq qəzeti”

Sosial həyat