MN: Ordumuzun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub

post-img

İyulun 8-də saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildiriblər ki, iyulun 8-də saat 22:35-dən 23:10-dək Rusiya sülhmə­ramlılarının müvəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qeyri-qanuni ermə­ni silahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Bölmələrimiz tərəfindən bu is­tiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər ordumuzun Naxçıvan Muxtar Respub­likası və Laçın rayonu ərazilərində yer­ləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.

Görülən təxirəsalınmaz tədbirlər nə­ticəsində mövqelərimiz üzərində uçuş­lar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.

Eyni zamanda, mühəndis texni­kasının cəlb olunması ilə müxtəlif is­tiqamətlərdə təminat yollarının geniş­ləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kame­ralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən gö­rülən tədbirlər nəticəsində dayandırılıb.

“Xalq qəzeti”

Son xəbərlər