Kardinal erməni vandalizmi ilə bağlı məlumatlandırıldı

post-img

Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin cari vəziyyəti və pers­pektivləri, Azərbaycanla Ermənistan ara­sında sülh prosesi və bölgədəki hazırkı vəziyyət müzakirə edilib. 

Nazir Ceyhun Bayramov dövlətləri­miz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azər­baycanın Vatikanda yeni fəaliyyətə baş­layan səfirliyinin əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyi­ni ifadə edib. 

Nazir, həmçinin qarşı tərəfə 44 gün­lük Vətən müharibəsindən sonrakı və­ziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş cinayətlər, van­dalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 

Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi və dini məkanlarının bər­pasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çat­dırılıb.

Tərəflər, həmçinin qarşılıqlı ma­raq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Son xəbərlər