Dünən xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Nazir Azərbaycan və Tacikistan, həmçinin xalqlarımız arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını diqqətə çatdırıb.
Səfir Soli diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.