Qərbi Azərbaycan İcması ATƏT-in tədbirində

post-img

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı İnstitutunun təsis edilməsinin 30 illiyi münasibətilə iyulun 7-də Avstriyanın Vyana şəhərində keçirilmiş yüksək səviyyəli tədbirdə İcmanın adından iştirak edib. 

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanı, Baş katibi Helqa Şmid, Milli Azlıq­lar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, iştirakçı dövlətlərinin nümayəndələrinin iş­tirak etdiyi tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsin­də vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi və milli az­lıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi məsələlər müzakirə olunub. 

Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verən Qər­bi Azərbaycan İcmasının sədr müavini Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə bey­nəlxalq normalara, o cümlədən ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd ol­duğunu vurğulayıb. 

Qeyd edək ki, bu, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk hal idi. 

“Xalq qəzeti”

Son xəbərlər