Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycan Prezidentinə təşəkkür edib

post-img

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb. BOK-un prezidenti Tomas Bax Bəyannamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Prezident İlham Əliyevə təşəkkür edib, həmçinin Qoşulmama Hərəkatına minnətdarlıq edib. 

“BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının bir­ləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qət­namənin qəbulunda göstərdiyi təşəb­büsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, – deyə T.Bax vurğulayıb.

Yekdilliklə qəbul edilən Bəyannamə­də vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançıları­nın iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq. 

“Xalq qəzeti”

Son xəbərlər