Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin məlumatında deyilir.
Baş nazir Türkiyə dövlət başçısını Qurban bayramı münasibətilə, dövlət başçısı isə Baş naziri qarşıdan gələn xristian bayramı münasibətilə təbrik edib.
Liderlər iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu kontekstdə diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrasının gedişi müzakirə olunub.
"Xalq qəzeti"