Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

post-img

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü mü­nasibətilə səmimi-qəlbdən təbrik edir, Azər­baycan Respublikasının müdafiəsinin güc-lənməsi naminə müqəddəs və şərəfli xidməti­nizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, dönməz olan Azər­baycan dövləti regionda möhkəm və davamlı sülhün, sabitliyin bərqərar edilməsində, qo­runmasında mühüm rol oynayır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Milli Ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mər­hələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təş­kil etmişdi.

Hərb tariximizin şanlı səhifəsi sayılan, bu gün 105 illiyini böyük qürur və iftixar hi­ssi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi qu­ruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cə­sarətli addımlarının nəticəsidir.

Ulu öndərin siyasi kursunu ordu qurucu­luğu sahəsində uğurla davam etdirən Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək sə­viyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsi­dir ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit bir­liyə çevrilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin geniş­miqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordu­su 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrən­gli bayrağımızın əzəmətlə dalğalandığı işğal­dan azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi ilə başlayan bərpa-quruculuq işləri­nin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdə­dir.

Şəhid ailələri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz və mühari­bə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Onların sosi­al-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində göstə­rilən diqqət və qayğıya görə Ali Baş Koman­dan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Əminəm ki, Azərbaycan Respubli­kasının Konstitusiyasına, Hərbi anda və ni­zamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütö­vlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xa­tirəsini əziz tuturuq. Şəhid ailələrini və tor­paqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha bütün şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlə­tinə şərəfli xidmətinizdə uğurlar arzulayıram!”

Son xəbərlər