KXDR Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanı yarımadada gərginliyi “nüvə müharibəsi astanasına” artırmaqda ittiham edib və Şimali Koreyanın müdafiəsini gücləndirmək niyyətində olduğunu bəyan edib. TASS Yonhap xəbər agentliyinə istinadən xəbər verir.
KXDR Xarici İşlər Nazirliyinin Amerika Araşdırmaları İnstitutunun hesabatında Koreya yarımadasında və Şimal-Şərqi Asiyada hərbi gərginliyin səviyyəsi 1950-1953-cü illərdə Koreya müharibəsi başlamazdan əvvəlki gecə ilə müqayisə edilir.
Hesabat müəllifləri ABŞ və Cənubi Koreyanı "xəyali anti-kommunist hərbi qarşıdurma" və "ritorik təhdidlərdə"günahlandırırlar. Hesabatda deyilir ki, "ABŞ-ın hərbi əməliyyatları Koreya yarımadasında və şimal-şərqi Asiyada hərbi gərginliyi artırdı və bu, nüvə müharibəsi həddinə yaxınlaşan son dərəcə qeyri-sabit vəziyyətə səbəb oldu".
Tədqiqatda, həmçinin xəbərdarlıq edilir ki, yarımadada müharibə sürətlə qlobal termonüvə müharibəsinə çevrilə bilər, regionun və dünyanın sabitliyi üçün ən fəlakətli və geri dönməz nəticələrə səbəb ola bilər.
"Xalq qəzeti"