Çex deputatlar Ağdamda

post-img

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Jan Kubik və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının üzvü Michal Ratiborsky işğaldan azad edilmiş Ağdamda erməni vandalizminin izləri, həmçinin aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Onları Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət edib. 

Azərbaycan Respubli­kası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən nümayəndə heyə­tinə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ böl­gəsinin, eləcə də respublika­nın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfa­tı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağda­mı işğal etdikdən sonra evlə­ri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, is­tehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, ta­rixi, mədəni abidələr də ermə­ni vandalizminə məruz qalıb. 

Ağdam şəhər Cümə məs­cidinə gələn qonaqlara ermə­nilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələ­rimizi məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illər­də memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun mi­narələrindən koordinasiya üçün istifadə ediblər. Məsci­din minarələri daxildən sökü­lüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanın­maz vəziyyətə salınıb. Ermə­ni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlıla­ra, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Qeyd edilib ki, Ağdam şəhə­ri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb.

Prezidentin xüsusi nü­mayəndəliyinin Ağdamdakı düşərgəsində olan qonaq­lara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat veri­lib. Nümayəndə heyəti sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olub.

“Xalq qəzeti”

Son xəbərlər