Azərbaycan heyəti Daşkənddə TÜRKSOY-un yubileyində

post-img

TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə Özbəkistanda keçirilən tədbirlərdə iştirak edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub. 

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgi və Mədəniyyət Mərkəzinin layihələri ilə çap edilmiş kitablar, ulu öndərə həsr edil­miş nəşrlərdən ibarət sərgi ilə tanış olan nazir gerçəkləşdirilən layihələrini önəmini vurğulayıb, bu sahədə işlərin genişləndi­rilməsinin zəruriliyini bildirib. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyində bildirilib ki, burada ümummilli liderin hə­yat və fəaliyyətini əks etdirən eksponat­ların, fotostendlərin nümayişi ilə yanaşı, müxtəlif tədbirlər də keçirilir. 

Nümayəndə heyəti mərkəzdə ümum­milli lider Heydər Əliyevin 100 illik yubi­leyi münasibətilə yaradılmış Azərbaycan Dövlətçiliyi və Azərbaycan–Özbəkistan Dostluq muzeylərinə də baxıb, qardaş xalqların ortaq tarixi köklərini, milli-mənə­vi dəyərlərini əks etdirən eksponatlar, bu ölkədə tanınmış soydaşlarımızdan bəhs edən aid guşə, “Azərbaycan xalçaları salonu” ilə tanış olub. Nazirə mərkəzdə yaradılmış kitabxana, rəqs və rəsm dər­nəkləri, Azərbaycan dili kursları barədə məlumat verilib. 

Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi ilə görüşən nazir mərkəzin fəa­liyyətini yüksək qiymətləndirib və işlərin­də uğurlar arzulayıb.

***

Azərbaycanın mədəniyyət nü­müyəndə heyəti Daşkənddə TÜRK­SOY-un 30 illiyi ilə bağlı keçirilən təd­birlərdə də iştirak edib. 

Dövlət Tərbiqi İncəsənət Muzeyində Türk dünyası rəssamlarının və sənətkar­larının “Türk dünyası” adlı sərgidə Öz­bəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın mədə­niyyət naziri Adil Kərimli və digər türkdilli dövlətlərin mədəniyyət nazirləri, Özbə­kistanın elm, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, sənətkarlar iştirak ediblər. 

Muzeyin həyətində təşkil edilən sər­gidə Özbəkistanla yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türk­mənistan və Macarıstan rəssamlarının və tətbiqi sənət ustalarının əl işləri nüma­yiş etdirilib, hər ölkənin milli mətbəxinə dair guşəyə baxış keçirilib. Mətbəx guşə­sində Azərbaycan, Özbəkistan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistanın milli yeməkləri təqdim edilib.

Sərginin açılışında Azadbek Nazar­bekov TÜRKSOY-un Türk dünyasının mədəniyyət sahəsinin inkişafına bö­yük töhfələr verdiyini vurğulayıb. Sultan Rayev bildirib ki, TÜRKSOY yarandığı gündən Türk dünyası arasında əlaqələ­rin genişləndirilməsi istiqamətində çoxlu layihə həyata keçirib. Baş katib deyib ki, bundan sonra da Türk dünyası arasında mədəniyyət sahəsində əməkdaşlığın də­rinləşdirilməsi ilə bağlı müxtəlif layihələ­rin həyata keçirilməsi davam etdiriləcək. 

Sonra qonaqlar sərgiyə və muzeyin eksponatlarına baxıblar. 

 

Qulu KƏNGƏRLİ,

Daşkənd



Son xəbərlər