Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 88-ci sessiyası

post-img

Brüsseldə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında ÜGT Siyasi Komissiyasının 88-ci sessiyası işə başlayıb. Sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sessiyada COVID-19 layihəsi üzrə yekun hesabat, Özəl Sektor Məş­vərət Qrupunun iclasına dair hesabat, elektron ticarətlə bağlı yeniliklər, “yaşıl gömrük”, həssas sərhədlər və digər məsələlər müzakirə olunur.

ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədri Şeyx Əhməd bin Hamad Əl Xəlifə gündəlikdəki “yaşıl gömrük” mövzu­sunda müzakirələr zamanı Azərbaycan gömrüyünün bu istiqamətdə verə bilə­cəyi töhfələri xüsusi vurğulayıb.

ÜGT Baş katibi Kunio Mikuriya Azər­baycan gömrük xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələş­dirilməsi layihəsi” çərçivəsində Bakıda region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə aparılan müza­kirələrin məlumat mübadiləsi və əmək­daşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

“Xalq qəzeti”

Son xəbərlər