Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib

post-img

Bu gün Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayon­larında Azərbaycan Respublikası Prezi­dentinin xüsusi nümayəndəsi Vahid Hacı­yevin sədrliyi ilə keçirilən iclasda Xidmətin 2022-ci il üzrə fəaliyyətinə dair illik və maliyyə hesabatlarının, qurumun fəaliyyə­tindəki şəffaflığın daha da artırılması, Xid­mətin əməkdaşlarına rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Korrupsiyaya qarşı mübarizə siyasətinin təsdiqi müzakirə edilib. Həmçinin Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bər­pa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərovun ötən 6 ay ər­zində Xidmət tərəfindən görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

İclasın yekununda Xidmətin 2022-ci ildə fəaliyyətinə dair illik və maliyyə hesa­batlarının, həmçinin Korrupsiyaya qarşı mübarizə siyasətinin təsdiqi barədə mü­vafiq qərarlar qəbul olunub.

Son xəbərlər