Asiya İnkişaf Bankı ilə yeni əməkdaşlıq imkanları

post-img

Dünən iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomsonla görüşüb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən, Asiya İn­kişaf Bankı ilə tərəfdaşlığa önəm verdiyi, Bankın ölkəmizə maliyyə-texniki dəstəyi­nin yüksək qiymətləndirildiyi diqqətə çatdı­rılıb. Qeyd edilib ki, AİB enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal in­kişaf, dövlət-özəl sektor tərəfdaşlığı və di­gər istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. 

Asiya İnkişaf Bankında Azərbayca­nın daxil olduğu ölkələr qrupu üzrə ic­raçı direktor xanım Reyçl Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbay­canda dayanıqlı inkişafın təmin olunma­sına töhfə verəcəyini qeyd edib.

“Xalq qəzeti”

İqtisadiyyat