Məqsədimiz Asiya ilə Avropa arasında yeni əlaqə marşrutu yaratmaqdır

post-img

Bu gün Mərkəzi Asiyadan, Xəzər dənizindən və daha sonra Qafqazdan keçən nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə diqqət yetirir, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələri təşviq olunur. 

Bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxışı zamanı deyib. 

Nazir, həmçinin Azərbaycanın Bakı–Tbilisi–Qars dəmir yolu və Trans–Qafqaz fiber-optik kabel layihələri kimi bir sıra di­gər regional əlaqələndirmə layihələrinin reallaşdırılmasında fəal təşəbbüskar və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın Xəzər dənizinin öz hissəsində böyük də­niz küləyi potensialından, bu xüsusda elektrik enerjisinin Avropaya potensial ixrac yollarından da danışıb. O, Asiya ilə Avropa arasında yeni əlaqə marşrutu ya­ratmaq məqsədi daşıyan rəqəmsal dəhliz olan “Rəqəmsal İpək Yolu”nun yaradıl­masını nəzərdə tutan “Azerbaijan Digital Hub” layihəsini qeyd edib.

“Xalq qəzeti”

Siyasət