Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində

post-img

Azərbaycan ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edib. 

Sərgiyə ŞƏT ailəsinə daxil olan ölkələ­rin (üzvlər, müşahidəçilər və dialoq üzrə tərəfdaşlar) nümayəndələri də qatılıb. Tədbirin keçirildiyi Çindao-ŞƏT Mirva­ri Beynəlxalq Ekspo Mərkəzində daimi Azərbaycan pavilyonunda “Made in Azer­baijan” məhsullarının nümayişi və satışı təşkil olunub.

Sərgi ilə paralel olaraq keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Sənaye və Təchizat Zəncirləri Forumu çərçivəsində təşkil edilən “ŞƏT ölkələrinin tematik təbli­ğat və qarşılıqlı görüşlər” tədbirində Azər­baycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, “Logistika və ticarət üzrə paralel forum”unda Azərbaycan Res­publikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov, “Mülki aviasiya əməkdaşlığı üzrə paralel forum”unda ticarət nümayəndəliyinin baş məsləhətçisi Natiq Xəlilov təqdimatlar3 edib, ölkəmizin investisiya, logistika, ti­carət və turizm potensialı haqqında ətraflı məlumat veriblər.

Sərgi çərçivəsində AZPROMO və Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonası (SCODA) arasında əməkdaşlığa dair an­laşma memorandumu imzalanıb. Bununla yanaşı, Azərbaycan məhsullarının Çindao şəhərində satışının artırılması və bura­dan ölkəmizə investorların cəlb edilməsi məqsədilə yerli şirkətlərlə görüşlər keçi­rilib.

Qeyd edək ki, Çin-Şanxay Əmək­daşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonası (SCODA) Çin Xalq Respublikasının Sədri Si Cin­pinin göstərişi ilə 2018-ci ilin aprelində yaradılıb. Burada Şanxay Əməkdaşlıq Təşkilatının üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin iştirakı ilə ti­carət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığa dair müxtəlif layihələr həya­ta keçirilir. 

SCODA-da Azərbaycanın rəqabətqa­biliyyətli və ixracyönümlü məhsullarının Çin bazarında satışının təşviqi məqsə­dilə “Azərbaycan Ticarət Evi” də fəaliyyət göstərir.

Son xəbərlər