Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu

post-img

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq Dünya Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan simpoziumun təntənəli açılış mərasimin­də Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbay­canda fəaliyyət göstərən beynəlxalq təş­kilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl və dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak ediblər. 

Əvvəlcə TƏBİB və Azərbaycan Tele­viziyasının birgə ərsəyə gətirdiyi və Ulu Öndər Heydər Əliyevin səhiyyənin inki­şafındakı roluna həsr edilən film nüma­yiş olunub.

Azərbaycan Respublikası Preziden­tinin Administrasiyasının Humanitar si­yasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliye­va Prezident İlham Əliyevin müraciətini Dünya Azərbaycanlı Təbiblərinin I Sim­poziumu iştirakçılarına çatdırıb.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev belə böyükmiq­yaslı tədbirin keçirilməsinin və müstəqil Azərbaycan səhiyyəsinin memarı Hey­dər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev səhiyyənin yeni ma­liyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırdığı­nı, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırdığını söy­ləyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov isə son illərdə tibb sahəsində görülən işlərlə bağlı ətraflı məlumat ve­rib. 

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov,

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibb Universitetinin rektoru Gəray Gə­raybəyli dünyanın müxtəlif ölkələrində çalışan həkimlərlə yanaşı, Azərbaycan­da fəaliyyət göstərən tibb kadrlarını bir araya gətirən belə böyükmiqyaslı bir təd­birin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Almaniyanın Haydelberq Universi­tetinin Manhaym Tibb fakültəsinin Cər­rahiyyə klinikasının həkimi, cərrah-on­koloq, tibb üzrə fəlsəfə doktoru, dosent Vüqar Yaqublu , İstanbul Liv Hospitalı­nın Beynəlxalq Xəstə xidmətləri qrupu­nun həkimi Tural Xaspolad dünyada tibb sahəsində gedən müasir yanaşmalar və tendensiyalardan danışıblar.

Simpozium iyunun 22-nə kimi davam edəcək.

“Xalq qəzeti”



Son xəbərlər