Zəngilan şəhərində görülən işlərlə tanışlıq

post-img

İyunun 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub.

Əvvəlcə Rüstəm Minnixanova Zəngi­lan şəhərindəki Konqres Mərkəzinin tikin­tisi ilə bağlı məlumat verilib. 

Bildirilib ki, Konqres Mərkəzinin la­yihələndirilən ərazisi 2,2 hektardır. Bura­da Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub. Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avto­mobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.

Qeyd olunub ki, ekoloji memarlıq kon­sepsiyasına əsasən Mərkəzin damı ya­şıllıq zolağı və günəş panelləri ilə əhatə ediləcək. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçirilə­cək.

Sonra Tatarıstanın Rəisi Zəngilan məscidinin tikintisi ilə tanış olub. 

Bildirilib ki, Zəngilan məscidi “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əli­yev Fondu tərəfindən inşa olunur. Ermə­nistanın torpaqlarımızı işğal altında sax­ladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məscid­dən də tövlə kimi istifadə olunub. Rayo­nun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də er­məni əsarətindən qurtulub. 

Otuz ilə yaxın işğal dövründə dağı­dılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qayta­rılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

Məlumat verilib ki, Zəngilan məsci­dinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Meh­riban Əliyevanın və qızları Leyla Əliyeva­nın iştirakı ilə 2021-ci il aprelin 26-da qo­yulub, bərpa işləri fasiləsiz həyata keçirilir. 

Tatarıstanın Rəisi Zəngilan şəhərini gəzərək ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olub.

AZƏRTAC

Son xəbərlər