Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası

post-img

İyunun 17-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib. 

AZƏRTAC xəbər verir ki, komissi­yanın sədri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin rəh­bərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı çıxış edib, həmçinin ötən dövrdə komis­siyanın fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb. 

Qeyd olunub ki, Azərbaycan Res­publikasının sürətli inkişaf dinamikası fonunda ölkəmizdə korrupsiyaya qar­şı effektiv mübarizəni təmin edən və müasir dövrün tələblərinə cavab verən səmərəli mexanizmlər sistemi forma­laşıb. Qanunvericilikdə aparılmış dəyi­şikliklər və həyata keçirilən mütərəqqi institusional islahatlar bu sahədə ixti­saslaşmış nüfuzlu təşkilatlar olan Av­ropa Şurasına üzv dövlətlərin Korrupsi­yaya qarşı Dövlət Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkila­tının (OECD) Antikorrupsiya Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib. 

Komissiya üzvləri ölkəmizdə şəf­faflıq və dürüstlüyün daha da güclən­dirilməsi istiqamətində görülən işlər fonunda qeyd edilən təşkilatların töv­siyələrinin bu inkişaf prosesinə müsbət təsir göstərəcəyini vurğulayıblar. 

Ölkəmizin iqtisadi sistemindən qey­ri-qanuni məqsədlər üçün istifadənin yolverilməzliyini qeyd edən iclas iştirak­çıları dövlət əmlakının mənimsənilməsi və dövlətin iqtisadi təhlükəsizliyi əley­hinə digər hüquqpozmalarla mübarizə tədbirlərini, habelə bu sahədə aidiy­yəti qurumların rolu və onların üzərinə düşən vəzifələri müzakirə ediblər. 

İclasda, həmçinin bəzi özəl müəs­sisələrin fəaliyyətində, xüsusilə mən­zil-tikinti kooperativlərində yol verilən korrupsiya hallarının qarşısının alınma­sı və vətəndaşların hüquqlarının qorun­ması istiqamətində görülmüş işlər barə­də məruzələr dinlənilib. 

Yekunda komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

Son xəbərlər