“ƏN TEZ” istifadəyə verildi

post-img

Ədliyyə Nazirliyi tərəfindən yaradılan yeni e-xidmət – Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzində istifadəyə verilib.

Xidmətin Mərkəzdə işə salınması ilə əlaqədar keçirilən tədbirdə Ədliyyə Na­zirliyinin, Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin, Sosial Tədqiqatlar Mərkəzinin, Azərbaycan Notarial Palata­sının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

“Xalq qəzeti”

Son xəbərlər