İşğaldan azad edilmiş ərazilərdə hərbi təlimlər

post-img

Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib. Təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəh­bər heyəti komanda-qərargah təlimi­nin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.

Təlimin gedişatını müsbət qiy­mətləndirən nazir Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər