Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olunub

post-img

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüblər.

Qardaş ölkələrimiz arasında stra­teji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkə­nin dayanıqlı iqtisadi inkişafına, regi­onun və Avropanın enerji təhlükəsizli­yinə önəmli töhfələr verdiyi vurğulanıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində möv­cud və gələcək əməkdaşlıq imkanla­rı nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

Son xəbərlər