Azərbaycan Ukraynaya 20 ton yanacaq verib

post-img

Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya göndərilən 20 ton yanacaq Odessa şəhərində təhvil verilib.

Təhvilvermə mərasimində “SOCAR Energy Ukraine” şirkə­tinin Baş direktorunun köməkçi­si Həzi Aslanov, Ukrayna Döv­lət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsi rəisinin birinci müavini, Mülki Mü­dafiə Xidmətinin polkovnik-leyte­nantı Nikolay Fedkalov və xidmə­tin əməkdaşları iştirak ediblər.

Nikolay Fedkalov çıxış edərək, göstərilən dəstəyə görə Azərbay­can Prezidentinə və SOCAR-a təşəkkürünü bildirib. “Dost dar günündə bəlli olur. Azərbaycan dövləti müharibə dönəmində Uk­rayna xalqına öz dəstəyini əsir­gəmir, ən çətin günlərdə Ukrayna dövlətinin yanında olub”, – deyə Fedkalov əlavə edib.

Həzi Aslanov isə çıxışında qeyd edib ki, Azərbaycan Pre­zidenti İlham Əliyevin tapşırığı­na əsasən, ölkəmiz Ukraynaya yardımlarını davam etdirir. Bugünkü yanacaq da həmin yardımın tərkib hissəsidir.

Son xəbərlər