Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

post-img

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığında deyilir: “Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak ol­ması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndi­rir.

Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dər­dinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Son xəbərlər