Ordumuzun mövqeləri atəşə tutulub

post-img

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Rusiya sül­hməramlılarının mü­vəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qeyri-qanuni erməni si­lahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Xocalı və Şuşa rayon­ları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərə­findən qeyd olunan bü­tün istiqamətlərdə adekvat cavab təd­birləri görülüb.

Bundan başqa, qeyri-qanuni er­məni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yer­ləşən mövqelərinin qarşısında uzun­müddətli fortifikasiya qurğularını quraş­dırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz təd­birlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

“Xalq qəzeti”

Son xəbərlər