Ceyhun Bayramovun ABŞ diplomatı ilə telefon danışığı

post-img

İyunun 9-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, telefon söhbəti zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan arasın­da son bir ay ərzində aparılan danışıq­lar və gündəmdə duran açıq məsələlə­rin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

Son xəbərlər