Ombudsman əsgərlərimizin azad olunmasını tələb etdi

post-img

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib.

Bəyanatda əsir götürülmüş Azərbay­can Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlunun və Axundov Hüseyn Əhli­man oğlunun saxta ittihamlarla azadlıq­dan məhrum edildikləri xatırlanıb:

“Bu dövr ərzində onlar vəkillə təmin olunmayıb, müxtəlif işgəncələrə və pis rəftara məruz qalıb və beləliklə də bey­nəlxalq hüquq normaları kobud şəkildə pozulub.

Təəssüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçi­lik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslə­rin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıq­larına zərbə vurmaq niyyətini nümayiş etdirib.

Sənəddə Ermənistan tərəfindən bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli “qərar”ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğu bildirilir və əsgərlərimizin dərhal azad olunması bir daha qəti şəkildə tələb edilir. 

***

Xatırladaq ki, 2 gün əvvəl Ermə­nistan məhkəməsi əlverişsiz hava şə­raitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan hərbçimiz Hü­seyn Axundovun həbs müddətini 3 ay uzadıb. Məhkəməsi mayın 8-də digər hərbçi qulluqçumuz Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Siyasət