Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur

post-img

Azərbaycan Parisin mərkəzində, Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 10 illiyini qeyd edən “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesində təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən “Revelations” Beynəlxalq Biennalesi üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalyasiyası sərgilənir. Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub. 

AZƏRTAC xəbər verir ki, stendin açı­lışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respub­likası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbay­can-Fransa parlamentlərarası işçi qrupu­nun rəhbəri Soltan Məmmədov, “Grand Palais” – Milli Muzeylər Birliyinin prezi­denti Jan-Pol Kluzel, azərbaycanlı və fransız deputatlar, incəsənət nümayən­dələri iştirak ediblər. 

Azərbaycanın Fransadakı səfiri Ley­la Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb. Ölkəmi­zin istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Fondun dəstəyi ilə Parisdə dəfələrlə nümayiş olunduğunu vurğula­yan səfir Azərbaycan stendindəki instal­yasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib. 

Azərbaycan Respublikası Prezidenti­nin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalya­siyanın müəllifi, heykəltaraş Elvin Nəbi­zadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltaraşlardan biri olduğunu qeyd edib. E.Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qa­lereyalarında sərgiləndiyini diqqətə çat­dıran Anar Ələkbərov bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. “Revelations” Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir. 

“Grand Palais” – Milli Muzeylər Birliyi­nin prezidenti Jan-Pol Kluzel Azərbayca­nın “Revelations” Biennalesində iştirakın­dan şad olduqlarını deyib. Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradı­cılıq sahəsində istedadların aşkarlanma­sı və tanıdılmasıdır. “Revelations” sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi də məhz biennalenin mesajını əks etdirir. 

Nümayiş olunan “Bir günəş altında” instalyasiyasının müəllifi, heykəltaraş E.Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. O, əsərin ərsəyə gəlməsindən danışıb. Azərbaycan 44 günlük Vətən müharibə­sində qazanılan şanlı Qələbə ilə uzun sürən münaqişəyə son qoyduqdan son­ra heykəltəraş saza yeni - ikinci həyat vermək qərarına gəlir və beləliklə, “Bir günəş altında” instalyasiyası yaranır.

Bildirib ki, şans rəmzi olan göy qur­şağı formasında 44 sazdan ibarət instal­yasiya Azərbaycan multikulturalizminin, ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin rəmzidir. 

Milli-mənəvi dəyərlərimizin qorunma­sına töhfə verən, mədəniyyətimizin bütün dünyada tanınmasını təşviq edən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan stendi müstəsna instalyasi­yası ilə təkcə ziyarətçilərin deyil, həm­çinin müxtəlif ölkələrdən Biennaleyə qatılmış sənətkar və yaradıcı insanların diqqətini də cəlb edib. 

Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar və yaradıcı insan qatı­lıb. Bu il 10 illiyini qeyd edən və müasir yaradıcılığın episentri olan “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.





Son xəbərlər