Sahibə Qafarova TBMM Sədrini təbrik edib

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb. O, məktubda Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

Parlamentin Sədri Numan Kurtul­muşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Həmin gün S. Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub. Milli Məclisin Sədri, TBMM Sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin Sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Mil­li Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söylə­yib. 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər