Azərbaycan və İsrail tərəfdaş ölkələrdir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 5-də İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlər münasibətlərin inkişafında müstəsna rol oynayıb. 

O, Prezident İsxak Hersoqun may ayında Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib və bu səfərin Azərbaycan ilə İsrail arasında münasi­bətlərin inkişafına böyük töhfə verəcə­yinə inamını bildirib. 

S.Qafarova parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inki­şafında oynadığı müsbət roldan bəhs edərək, bu istiqamətdə hər iki parla­mentdə qarşılıqlı dostluq qruplarının fəaliyyətini, parlament üzvlərinin səfər­lərini yüksək qiymətləndirib və Milli Məclisin Knessetlə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulayıb. 

İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteyn göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkə­mizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb və İsrailin Azərbaycanı özünə dost ölkə saydığını deyib. 

Yuli Yoel Edelşteyn ölkələrimizin bir sıra sahələr üzrə uğurlu əməkdaş­lıq əlaqələrinə malik olduğunu qeyd edərək, bildirib ki, parlamentlərimiz arasında münasibətlərin daha da in­kişafı Azərbaycan və İsrail arasın­da münasibətlərin dərinləşməsində özünəməxsus rol oynayır. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mü­badiləsi aparılıb.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər