İqtisadiyyat naziri Gürcüstanda

post-img

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Gürcüstan hökumət administrasiya­sında keçirilən görüşdə Gürcüstan ilə Azərbaycan arasında iqtisadi əməkdaş­lığın müsbət dinamikası və ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Siyasi dialoqun daha da gücləndirilmə­sinin vacibliyi qeyd edilib.

Söhbət zamanı Gürcüstan ilə Azər­baycanın dünya və regional əhəmiyyətli müxtəlif iqtisadi, enerji və nəqliyyat la­yihələrini uğurla həyata keçirdiyi bildi­rilib, iki ölkə arasında mövcud poten­sialdan tam istifadə etmək məqsədilə gələcəkdə daha sıx əməkdaşlığın va­cibliyi vurğulanıb. 

Hər iki ölkənin investisiya potensia­lı diqqət mərkəzində olub. Qeyd edilib ki, Gürcüstan hökumətinin prioritet is­tiqamətlərindən biri ölkənin tranzit funk­siyasını gücləndirmək və regional logis­tika qovşağının formalaşdırılmasıdır. 

Söhbət zamanı Bakı–Tbilisi–Qars yeni birləşdirici dəmir yolu xəttinin tikin­ti işlərinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Baş nazir İrakli Qaribaşvi­li Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tbilisidə keçiriləcək “İpək Yolu Forumu”na dəvət edib.

Görüşdə Baş nazirin müavini, iqtisa­diyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Azərbaycan Tbilisidəki səfiri Faiq Quliyev və Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze iştirak ediblər.

***

Azərbaycanın iqtisadiyyat naziri Mi­kayıl Cabbarov Gürcüstana səfəri çərçi­vəsində bu ölkənin Baş nazirinin müavi­ni, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanla əlaqələrin yük­sələn xətlə inkişaf etdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq məsələlərinə dair fikirlərini bildirib.

Levan Davitaşvili tərəfdaşlığın şaxələndirilməsi barədə fikirlərini bö­lüşüb, birgə layihələrin önəmini, Gür­cüstan şirkətlərinin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak etməkdə maraqlı olduqlarını qeyd edib. 

***

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Tbilisidə keçirilən Azər­baycan-Gürcüstan biznes forumu çərçi­vəsində Azərbaycanın və Gürcüstanın iki dövlət qurumu arasında əməkdaşlı­ğa dair anlaşma memorandumu imza­lanıb.

Birinci sənəd Azərbaycanın İq­tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Gürcüsta­nın Ədliyyə Nazirliyinin Dövlət Reyestri üzrə Milli Agentliyi arasında imzalanıb. Sənədə əsasən dövlət idarələri daşın­maz əmlakın qeydiyyatı və kadastr fəa­liyyəti sahələrində əməkdaşlıq edəcək­lər. 

Digər memorandum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın Biznes Assosiasiyası ara­sında imzalanıb.

Son xəbərlər