Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurması ilə bağlı Ermənistan ikinci dəfə beynəlxalq məhkəməyə müraciət edib.
Bu barədə bazar günü Ermənistanın ictimai televiziyasına müsahibəsində beynəlxalq hüquq məsələləri üzrə nümayəndə Yeqişe Kirakosyan bildirib.
O qeyd edib ki, yolda nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra ikinci dəfə Beynəlxalq Məhkəməyə müraciət ediblər. Bildirilib ki, İrəvan Haaqadan Laçın dəhlizi ilə nəqliyyatın maneəsiz hərəkət etməsini tələb edərək, iddia ilə bağlı yekun qərar qəbul olunana qədər Bakıya qarşı müvəqqəti tədbir görüləcəyini gözləyir.
Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Müvəkkili Aparatı da məsələ qaldırıb ki, guya, Bakı nəinki BMT məhkəməsinin müvəqqəti qərarlarına əməl etmir, həm də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymur.
L.AZAD, “Xalq qəzeti”

