“Taxıl sazişi” 2 ay uzadılıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən qurucusu və lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçirilən toplantıda bildirib ki, Ankaranın vasitəçiliyi ilə Rusiya-Ukrayna arasında imzalanan “taxıl sazişi”nin müddəti daha iki ay uzadılıb. Məlumatı “Anadolu” agentliyi yayıb.

R.T.Ərdoğan, həmçinin prezident seçkilərinin ikinci turu ilə bağlı fikirlərini də ifadə edib: “Biz bu məsələni bitirənə qədər eyni əzmlə işləməyə davam edə­cəyik”.

Türkiyənin müdafiə naziri Hulusi Akar “taxıl sazişi”nin müddətinin iki ay uzadıl­ması ilə əlaqədar jurnalistlərlə görüşü zamanı deyib: “Prezidentimiz Rəcəb Tay­yib Ərdoğanın liderliyi ilə həyata keçirilən “taxıl sazişi" daha 2 ay uzadılıb”. 

Nazir qeyd edib ki, dünyada ərzaq təchizatı ilə bağlı ciddi ehtiyacları olan ölkələr üçün böyük əhəmiyyət kəsb edən bu təşəbbüsə töhfə verən və dəstəkləyən BMT rəsmilərinə, Rusiyanın müdafiə na­ziri Sergey Şoyquya, o cümlədən Ukray­nanın infrastruktur naziri Oleksandr Kub­rakova təşəkkür edirik.

Yeri gəlmişkən, dünən Ukrayna Pre­zidenti Volodimir Zelenski Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək onu 14 may seçkilərində qələbə münasibətilə təbrik edib, Ukray­na xalqına verdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib. 

“Xalq qəzeti”

Son xəbərlər