11 vətəndaşımız Suriyadan ölkəmizə repatriasiya olunub

post-img

Mayın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmə­ti idarəsindən bildiriblər ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.

Azərbaycan Respublikasının hökumə­ti tərəfindən görülmüş mərhələli və koor­dinasiyalı tədbirlər nəticəsində, ilk növ­bədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.

İraq və Suriyadan Azərbaycan vətən­daşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyə Res­publikasına ezam edilən nümayəndələ­ri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Daha sonra Azərbaycan Respublika­sının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndir­mə işi nəticəsində vətəndaşlarımız Azər­baycan Respublikasına qayıdış şəhadət­namələri və uçuş biletləri ilə təmin olunub.

Növbəti mərhələdə Azərbaycan hö­kuməti tərəfindən repatriantların sosial re­abilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Xalq qəzeti”

Son xəbərlər