Naxçıvanda “ASAN xidmət” mərkəzi açıldı

post-img

Mayın 18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Bildirilib ki, Naxçıvanda istifadəyə ve­rilən növbəti “ASAN xidmət” respublika­da 26-cı belə mərkəzdir. Bu müasir dövlət xidməti müəssisəsi Naxçıvan şəhəri Se­yid Cəfər Pişəvəri, 7 ünvanında inşa edi­lib. Obyektin tikintisinə 2020-ci ildə baş­lanılıbvə bu ay başa çatdırılıb. Mərkəzdə videomüşahidə, görüntüləmə və video­növbə sistemləri, iki ədəd lift, yanğınsön­dürmə sistemi, mərkəzləşdirilmiş hava­landırma, istilik sistemi, generator və UPS quraşdırılıb.

Qeyd olunub ki, mərkəzdə müxtə­lif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dan çox xidmət həyata keçiriləcək. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qey­diyyatda olan 465 min vətəndaşı əhatə edən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Əməkdaşların ümu­mi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Mərkəz daxilində vətəndaşlara “ASAN kafe” də xidmət göstərir. Ərazdə 50 avto­mobil üçün parklama yeri yaradılıb.

“Xalq qəzeti”

Son xəbərlər