“Yüksək ehtiram və qayğı” filmində şəhid ailələri və qazilərə göstərilən xidmətlərdən söz açılıb

post-img

“Yüksək ehtiram və qayğı” sənədli filmində dövlətin, eyni zamanda  qurumlarının, xüsusən də Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və “YAŞAT” fondunun gördüyü işlər barədə konkret faktlara istinad edən məsələlərdən, habelə qeyri-hökumət təşkilatlarının şəhid ailələri və qazilər barədə göstərdiyi xidmətdən söz açılıb.

Bunu “Xalq qəzeti”nə açıqlamasında layihənin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ümüd Orucov deyib.

O bildirib ki, filmin bədii rəhbəri Kamal Hüseynli süjet boyunca hərbçilərin, qazi və şəhid ailələrinin maarifləndirilməsinin əsas missiyamız olduğunu ictimaiyyətin diqqətinə çatdırılması üçün xüsusi məqamlara diqqət çəkib.

Ümüd Orucov onu da deyib ki, filmin təqdimat mərasimindən sonra televiziya kanallarında nümayiş olunması nəzərdə tutulub. Filmin təqdimat mərasimi 19 may, saat 11:00-da "Park Cinema"da baş tutacaq.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Son xəbərlər