Küveytdə yubiley konfransı

post-img

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Küveytin “Regency” mehmanxanasında konfrans təşkil edilib.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə ge­niş nitq söyləyib. Diplomat qeyd edib ki, xalqının böyük təəssübkeşi olan Heydər Əliyev Azərbaycanı Sovet İtti­faqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirib. Ümummilli lider Heydər Əliyev həm də müasir və yeni Azərbay­canın memarı və qurucusu olub.

Küveyt parlamentinin keçmiş de­putatı Saleh Aşur 2001-ci ildə Küveyt–Azərbaycan parlamentlərarası dostluq qrupu nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşündən söz açıb. Küveyt Dövlətindəki diplo­matik korpusun duayeni, Tacikistanın Küveytdəki səfiri Zubaydullo Zubay­dov, Müqəddəs Taxt-Tacın Küveytdə apostol nunsisi Ögen Martin Nugent, Türkiyənin Küveytdəki səfiri xanım Tuba Nur Sönməz, Rusiyanın Küveyt-dəki səfiri Vladimir Jeltov, Küveytin “Mübarək Əl-Kəbir” Sağlamlıq Mərkə­zinin direktoru Valid Əl-Buseyri, Gür­cüstanın Küveytdəki səfiri Konstantin Zgenti, Ukraynanın Küveytdəki səfirli­yinin diplomatı Olha Seheda, tədqiqatçı alim, Küveyt Alternativ Tibb Cəmiyyəti­nin sədri Zaben Əl-Uteybi, Qazaxısta­nın Küveytdəki səfiri Azamat Berdibay, Küveytin Azərbaycandakı sabiq səfiri Ğəssan Əl-Zəvavi, Küveyt parlamenti­nin sabiq deputatı Camal Əl-Ömər ulu öndər Heydər Əliyevin öz ölkələri ilə əlaqələrin inkişafında rolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə sənədli film nümayiş etdirilib.

“Xalq qəzeti”

Son xəbərlər