İlon Mask: Qlobal çətin bir il gəlir

post-img

Qlobal iqtisadiyyatı qarşıda çətin bir il gözləyir, həmin dövr ərzində kompaniyaların bir çoxu iflasa uğrayacaq.

“Euronews” agentliyi “xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask sahibi olduğu “Tesla” kompaniya­sının səhmdarlarının iclasında deyib. Onun proqnozuna görə, makroiqtisadi vəziyyət, azı, bir il mürəkkəb olaraq qa­lacaq, lakin növbəti 12 ay ərzində geri dönüş baş verəcək və kompaniyanın maliyyə vəziyyəti daha da yaxşılaşa­caq.

Bundan başqa, kompaniya avtomo­bil bazarındakı bütün texnologiyaları üstələyən iki yeni məhsulunu təqdim edəcək və “Cybertruck” pikaplarının istehsalına başlayacaq.

İlon Mask, həmçinin icraçı direktor postundan gedəcəyi barədə şayiələri təkzib edib.

Mayın 16-da keçirilən hərraclarda “Tesla”nın səhmləri 1,2 faiz bahalaşıb, kompaniyanın kapitallaşması isə ilin əvvəlindən bəri 35,2 faiz artıb.

“Xalq qəzeti”

Sosial həyat