Azərbaycansız Türk yolu ola bilməz - Mustafa Şentop

post-img

Azərbaycansız Türk Yolu ola bilməz. Türkiyə Azərbaycan vasitəsilə Orta Dəhlizin təsis edilməsinə çalışır

Trend-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə KİV-nə müsahibəsində bildirib.

"Türkiyə Azərbaycan vasitəsilə Orta Dəhlizin təsis edilməsinə çalışır. Azərbaycanı istisna edən yanaşmanı anlamaqda çətinlik çəkirəm. Cumhuriyyət Xalq Partiyasının (CHP) tərəfdarlarının Qarabağ məsələsi ilə bağlı Türkiyə və Azərbaycanı günahlandıran bəyanatları olub. Düşünürəm ki, Azərbaycanın Qarabağı, torpaqlarını azad etməsindən narahat olan adamın Türkiyədə siyasətlə məşğul olması çətindir. Azərbaycansız Türk Yolu ola bilməz", - deyə o əlavə edib.

Son xəbərlər