Göygöl şəhərində hərəkətin mobilliyi nizamlanacaq…

post-img

Göygöl Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Texniki Universiteti arasında maraqlı müqavilə bağlanıb. Söhbət bu şəhərdə Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli, 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması haqqılnda” qərarına uyğun işlərin görülməsindən gedir. Bu, həm də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ında nəzərdə tutulan bəndlərin icrasını təmin etmək məqsədi daşıyır.    

Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev müqaviləninin ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev Ili”ndə” icra olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, məhz ulu öndər rayonlarımızın, o cümlədən Göygölün dayanıqlı inkişafına, o cümlədən, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.

Görüşdə vurğulanmışdır ki, icrasına başlanan layihə, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. 

Məlumat üçün bildirək ki, “Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə bu məsləhət-xidmət layihəsi Göygöl Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. 

AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə ilkin müzakirələr və layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri, 
Göygöl rayonu







Son xəbərlər