Türkiyənin mini raketi ilk atışını həyata keçirib

post-img

Türkiyənin “Roketsan” şirkətinin istehsal etdiyi “Çakır” mini qanadlı raketin ilk atışı həyata keçirilib. Raket “Akıncı” Pilotsuz Uçuş Aparatından atılıb.

150 km mənzilli “Çakır”ın qanad profili maketlərdən fərqli olaraq dəyişdirilib və çəkisinin (245 kq) ilk planlaşdırılandan 30 kq az olduğu diqqət çəkir.

Qeyd edək ki, daha əvvəl şirkətin baş direktoru Murat İkinci tərəfindən “Çakır”ın ilk atışının “Akıncı” PUA-sından icra ediləcəyi bildirilmişdi.

Rizvan FİKRƏTOĞLU, 
“Xalq qəzeti”

Son xəbərlər