QHT nümayəndələri Türkiyədə

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri başlayıb.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərlə­ri, media nümayəndələrindən ibarət nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, ulu öndərin abidəsi önünə əklil qoyaraq xatirəsini eh­tiramla yad edib.

Qeyd edək ki, nümayəndə heyəti qardaş Türkiyəyə səfər çər­çivəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar anım tədbirində iştirak edəcək və müxtəlif görüşlər keçirəcək. Nü­mayəndə heyəti, həmçinin zəlzələdən zərər çəkən Kahramanma­raş bölgəsini ziyarət edəcək.

Son xəbərlər