Dünyanın ilk elektrikləşdirilmiş yolu istifadəyə veriləcək

post-img

Elektrikli nəqliyyat vasitələrinin yolda olarkən simsiz enerji ilə doldurulmasının məntiqi yeni konsepsiya deyil. Yaponiya da daxil olmaqla bəzi ölkələr bu proqramı bir müddətdir sınaqdan keçirir. İsveç isə bu tətbiqi 2025-ci ildə daimi istifadəyə verməyi hədəfləyir. Xəbəri “cnn.com” saytı verib.


İsveçdə ilk dəfə olaraq “E20” magistralının “Elektrik Yol Sistemi” (ERS) ilə təchiz edilməsi qərara alınıb. ERS vasitəsilə elektriklə işləyən nəqliyyat vasitələrinin enerji doldurma (şarj) məntəqələrində  dayanmadan daha çox məsafə qət etməsi planlaşdırılır.  
Sınaqlar yük maşınları və evakuatorlar kimi ağır nəqliyyat vasitələrinə yönəlsə də, tətbiq olunacaq texnologiya böyük ehtimalla avtomobilləri də əhatə edəcək. Mobil telefonların simsiz doldurulması kimi, elektrikli avtomobilləri də idarə edərkən  şarj etmək mümkün olacaq. 
Qeyd edək ki, nəzərdə tutulan plan çərçivəsində İsveçdə 3 min kilometrdən çox yolların elektrikləşdirilməsi planlaşdırılır. “E20” magistralı bu planın birinci mərhələsidir.


Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

Son xəbərlər